ATƏT-in fəaliyyətdə olan səhra köməkçiləri Ağdamın icra başçısı ilə görüşüblər

0

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Ağdam rayonunun Əhmədağalı kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinq keçirilir.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə rayonuna gələn ATƏT-in fəaliyyətdə olan səhra köməkçiləri Oqnyen Yoviç və Martin Şuster əvvəlcə Ağdam rayon icra hakimiyyətinə gələrək rayon icra başçısı Vaqif Həsənovla görüşüblər.

Bildirib ki, ermənilər cari ilin iyun ayının 25-dən bu günə qədər cəbhəyanı yaşayış məntəqələrini 5 dəfə atəşə tutublar.

ATƏT nümayəndələri icra rəsmiləri ilə görüşdən sonra Müdafiə Nazirliyinin yüksək çinli hərbçilərinin nəzarəti altında qoşunların təmas xəttində müşahidə aparmaq üçün cəbhə xəttinə yollanıblar.