Ermənistanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub

1

Ermənistan paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirkçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin söklüməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.