Gəncliyə Yardım Fondu 20 yanvar şəhidlərini unutmadı – FOTO

34

Bu gün Gəncliyə Yardım Fondunun Hacı Zeynalabdin Tağıyev adına konfrans zalında 20 yanvar ‎şəhid ailələri ilə görüş keçirilib. Tədbirdə iştirak edən rəsmilər əvvəlcə 20 Yanvar hadisələrinə işıq ‎tutan rəsm sərgisi ilə tanış olublar. Tədbir vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş ‎şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edilərək və iki qardaş dövlətin himn və istiqlal ‎marşlarının səsləndirilməsi ilə açıq elan edilib.‎

Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 Yanvarın təkcə hüzn ‎günü deyil, həm də şərəf günü olduğunu vurğulayaraq bu şərəfi yaşayan şəhidlərə rəhmət, ‎ailələrinə səbr diləyib. ‎

Görüntünün olası içeriği: 9 kişi, ayakta duran insanlar ve takım elbise

Prezident Administrasiyası İctimai-Siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev isə ‎çıxışında bu günədək 20 Yanvar cinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən ‎cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.‎

Görüntünün olası içeriği: 1 kişi

Daha sonar çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi ‎şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvar faciəsinin içimizdəki müstəqillik düşüncəsini ‎alovlandırdığını deyib.‎

Görüntünün olası içeriği: 7 kişi, iç mekan

Tədbirin çıxış edən Millət Vəkili Fazil Mustafa da 20 Yanvar hadisələrinin Azərbaycan tarixində ‎qəhrəmanlıq salnaməsi olduğunu bildirib.‎

Görüntünün olası içeriği: 7 kişi, gülümseyen insanlar, iç mekan

Millət Vəkili Qənirə Paşayevə çıxış edərək 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən ‎öyrənilməsi baxımından önəmini vurğulayıb, gənclərin 20 Yanvar faciəsinin dünyaya tanıdılması ‎istiqamətində daha səylə çalışmalı olduqlarını deyib.‎

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərli də 20 yanvar hadisələri ‎zamanı Ümummilli Lider Heydər Əliyevin o zamankı sovet hakimiyyətinin qarşısında mətin duruşu, ‎qəti etirazı və Azərbaycanın inkişafı istiqamətində gördüyü işlər haqqında danışıb.‎

Görüntünün olası içeriği: 6 kişi, oturan insanlar ve iç mekan

‎20 Yanvar Cəmiyyətinin sədri Sultan Əzimzadə həmin gecə vətənimizin müstəqilliyi uğurunda ‎həyatlarını qurban verən vətən övladlarının valideyinlərinə belə övladlar yetişdirdiyi üçün ‎təşəkkürünü bildirib.‎

Görüntünün olası içeriği: 3 kişi, ayakta duran insanlar ve açık hava

Ənənəyə sadiq qalaraq bu il də Gəncliyə Yardım Fondu əvvəlcədən “20 Yanvar Fondu” tərəfindən ‎təqdim olunmuş siyahılara əsasən 180 şəhid və əlil ailəsinə ərzaq-qida yardımı paylayıb.‎

Görüntünün olası içeriği: 1 kişi, ayakta