Qarakənd faciəsindən 27 il ötür

13

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycana məxsusu “Mi-8” hərbi vertolyotu erməni silahlı quldurları tərəfindən vurulub.

Vetenperver.Az bildirir ki, faciə nəticəsində 22 nəfər dünyasını dəyişib.

Ölənlər arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev var idi.

Ümumilikdə faciə nəticəsində 22 nəfər şəhid olub.

Allah rəhmət eləsin!