Ağstafada minaatan mərmisi aşkar olunub

13

Oktyabrın 18-də Ağstafa rayonunun Ağgöl kəndi ərazisində, hərbi hissənin yaxınlığında partlamamış hərbi sursat tapılıb.

Vetenperver.Az xəbər verir ki, bu barədə ANAMA-ya məlumat Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Dövlət Sərhəd Xidmətindən (DSX) daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ağstafa rayon Polis şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri DİN-in Ağstafa rayon Polis şöbəsinin və DSX-nın əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd 60 mm-lik minaatan mərmisi aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.

Bundan əvvəl oktyabrın 18-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin 3-cü yaşayış sahəsində silah aşkar edilib.