Putin Ermənistana qəzəbləndi: Kremldən Qarabağ xəbərdarlığı

14

Rusiya prezidenti Vladimir Putinin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı təbrik etməsi erməni mətbuatını və sosial şəbəkə iştirakçılarını hiddətləndirib.

İstiPress-in məlumatına görə, Rusiya prezidentinin Koçaryanı yuvarlaq olmayan 64 yaşı münasibəti ilə təbrik etməsi, bu lütfü hətta Serj Sarkisyandan əsirgəməsi erməni KİV-lərində Qarabağ klanının banisinə qarşı kin-küdurət leysanı ilə nəticələnib. Əksər KİV-lər Koçaryanın rusların qulbeçəsi olduğunu sübut etməyə çalışıblar.

Məsələn, Nikol Paşiyanın arvadı Anna Akopyanın baş redaktor olduğu “Haykakan jamanak” qəzeti yazır: “Öz hakimiyyəti dövründə Koçaryan hər şeyi etdi ki, ölkənin suverenliyini sıfıra endirsin və Ermənistanı Rusiyanın əyalətinə çevirsin”.

Birinci xanımın rəhbərlik etdiyi qəzetin məqaləsi erməni sosial şəbəkəsinin iştrakçılarına sanki siqnal olub və sosial şəbəkələrin erməni bölməsi Rusiya əleyhinə bəyanatlardan partlayıb. Bu, təbiidir, hər halda, Ermənistan əhalisinin 70 faizi Robert Koçaryana nifrət edir və hələ ki, Nikol Paşinyanın Ermənistanı Rusiya köləliyindən xilas edəcəyinə inanır. Rusiya əleyhinə post yazanlar içində politoloqlar və ekspertlər də az deyil.

Amma Ermənistanda əksini düşünən politoloqları da var. Məsələn, “1in.am”a müsahibə vermiş erməni politoloq Aleksandr İskandaryan bu fikirdədir ki, Rusiya əleyhinə postlar yazan “Facebook” politoloqları odla oynayır və Rusiyanı özündən çıxara bilərlər.

“Bu hələ xəbərdarlıqdar. Burada gedən hadisələr barədə Rusiyanın narahatlığı var və bu, aydındır”,- deyə İskandaryan bildirib.

Onun sözlərinə görə, Putini özündən çıxaran məsələ yaxın münasibətləri olan Robert Koçaryana qarşı qaldırılmış cinayət işidir və Ermənistan bu cür səhvləri buraxmaqda davam edərsə, ciddi cəzalandırıla bilər.

“Əgər Qarabağda son 3-4 ayda gərgənləşmə yoxdursa, bu, Rusiyanın xidmətidir”,- deyən politoloq bildirib ki, Rusiya Ermənistanı Qarabağ məsələsində cəzalandıra bilər.

İskandaryan üzünü “Facebook politoloqları” adlandırdığı Rusiyanı sevməyən erməni politoloqlara tutaraq Rusiyanın emmosional qəzəbinə səbəb olmamağa çağırıb: “Adətən Rusiyanın emossional qəzəbini ağır nəticələr müşaiyət edir”.