Milli Qəhramanı Gültəkin Əsgərovanın şəhadətindən 26 il ötür

56

Azərbaycanın Milli Qəhramanı Gültəkin Əsgərovanın şəhid olmasından 26 il ötür.

Vetenperver.Az-ın məlumatına görə, Gültəkin Əsgərova 20 noyabr 1960-ci ildə Bakı şəhərində dünyaya göz açıb. 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 saylı təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji kliniki xəstəxanada işləyib.

Gültəkin Əsgərova 1992-ci ilin aprelindən konüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə 19 iyun 1992-ci ildə gəhrəmancasına şəhid olub.


Gültəkin Əsgərova ailəli idi və bir qız övladı qalıb.


Azərbaycan Respublikası prezidentinin 20 noyabr 1993-cü il tarixli 31 saylı fərmanı ilə Əsgərova Gültəkin Məlik qızı ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.


Oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub, Xəzərdə üzən gəmilərdən biri qəhrəmanın adını daşıyır və gəmidə onun muzeyi yaradılıb, Bakının Nərimanov rayonundakı xəstəxananın önündə büstü qoyulub, bundan başqa Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin Tibbi biologiya kafedrası adını daşıyır və kafedrada xatirə lövhəsi vurulub.