15 iyul gecəsi körpüdə CIA casusları vardı

390

“Fətullahçı Terror Qruplaşmasının (FETÖ) 2016-cı il iyulun 15-də həyata keçirməyə cəhd etdiyi hərbi dövlət çevrilişi vaxtı körpüdə  CIA casusları vardı.”

Vetenperver.Az-ın məluatına görə, bu sözləri hərbi təhlükəszizlik idarəsinin ötən gün keçirilən məhkəmə prosesində məxfi şahid kimi iştirak edən mülki xəbər əməkdaşı B.Ü. deyib.

Məlumata görə ötən gün İstanbul 25 saylı Ağır Cinayətlərə dair məhkəməsində, FETÖ-nün həyata keçirməyə cəhd etdiyi dövlət çevrilişinı görə başladılan məhkəmə prosesinin “15 temmuz Şəhidlər Körpüsü”nə aid hissəsi baş tutub.

Məhkəmədə məxfi şahid kimi ifadə verən Ü.B. həmin gecə körpüdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casuslarını gördüyünü deyib.

“Həmin gecə körpüdə ABŞ “New Jersey” agentliyinin iki müxbiri vardı. Onlar eyni zamanda casusdurlar. Onların kütləni istiqamətləndirdiklərini gördüm. Ana dili kimi türkcə danışırdılar. Amma hərbçilərin yanında özlərini axmaqlığa vurub ingiliscə danışırdılar.”

Qeyd edək ki, 2016-cı il iyulun 15-də FETÖ-nün Türkiyədə həyata keçirməyə cəhd etdiyi hərbi dövlət çevrilişi vaxtı təkcə “15 temmuz Şəhidlər Körpüsü”ndə 34 nəfər öldürülüb.