Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu başlayıb

36

Müdafiə Nazirliyinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə sənədlərin qəbulu başlayıb.

Vetenperver.Az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda bildirilir ki, sənədlərin qəbulu cari ilin aprelin 1-dən 30-dək həyata keçiriləcək.

Qəbul qaydaları ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından əldə etmək olar.