Çeçenistanda helikopter qəzaya uğrayıb, 8 nəfər ölüb

21

Rusiyanın Çeçenistan Respublikasında xüsusi xidmət orqanlarına məxsus Mi-8 markalı helikopter qəzaya uğrayıb.

Vetenperver.Az xəbər verir ki, apa-nın TASS-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində helikopterin göyərtəsində olan 9 nəfərdən 8 nəfər ölüb.

Hadisə Çeçenistanın İtum-Kalın rayonunda baş verib. Qəzanın səbəbləri araşdırılır.