Azərbaycanın risklər atlası hazırlanır

89

Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıq əsasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə birgə risklər atlası hazırlamağa başlayırıq. Orada vacib məsələlərdən biri seysmologiya ilə bağldır.

Vetenperver.Az-ın Trend-ə istinadən məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə Livermore Milli Laboratoriyası (LLNL) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Şəbəkə İdarəetmə Sistemləri və Seysmologiya üçün Analitik Alətlər üzrə Təlim” adlı beynəlxalq konfransda deyib.

F.Tağızadə bildirib ki, ölkənin inkişafı üçün infrastruktur yaratmaq baxımından seysmoloji risklər öyrənilməlidir: “Əgər risklər böyükdürsə, orada böyük infrastrukur işlərinə investisiya qoymaq düzgün deyil. Ümid edirəm ki, AMEA ilə birgə risklər atlasını hazrlayacağıq”.

F.Tağızadə deyib ki, Fövqəladə Hallar Nazirliyi (FHN) AMEA ilə sıx əməkdaşlıq edir: “Çünki 2012-2013-cü illərdə böyük zəlzələ nəticəsində ölkəyə xeyli ziyan dəyib. FHN bunların nəticələrinin aradan qaldrılması ilə sıx məşğul olub”.