Bərzanini birinci onlar təbrik etdi

İspaniyanın Konstitusiya məhkəməsi qanunsuz olduğuna qərar versə də, katalanlar referendumu keçirməkdə təkid edirlər. 

35

Kataloniyanın prezidenti Karles Puqdemont Şimali İraqda keçirilən referenduma görə, Məsud Bərzanini təbrik edib.

Vetenperver.az xəbər verir ki, bu barədə Puqdemont sosial şəbəkədəki şəxsi səhifəsində yazıb.

“Bu səhər Məsud Bərzaniyə telefonla zəng vuraraq Kürdüstan referendumuna görə, onu təbrik etdim. Telefon danışığı vaxtı hər ikimiz də qarşılıqlı olaraq referendumdan uğurlu nəticə əldə etməyi arzuladıq”, – deyə Puqdemont mesajında bildirib.

Qeyd edək ki, oktyabrın 1-də Kataloniyada da İspaniyadan ayrılmaq üçün müstəqillik referendumu keçirilməsi planlaşdırılır. İspaniyanın Konstitusiya məhkəməsi qanunsuz olduğuna qərar versə də, katalanlar referendumu keçirməkdə təkid edirlər.