Rusiya Suriyanı raketlə vurdu

86

Aralıq dənizində üzən Rusiya Hərbi Dəniz Donanmasına aid sualtı gəmidən Suriyanın İdlib bölgəsinə atəş açılıb. Vetenperver.az-ın xəbərinə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Aralıq dənizindəki Rusiyaya aid sualtı gəmidən Suriyanın İdlib bölgəsində müxaliflərin düşərgəsinə raket zərbəsi endirilib.

Suriyada atəşkəsin təminatçısı olan Türkiyə, Rusiya və İran Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana-6” samitində İdlibdə tampon bölgə yaradılması üzərində razılığa gəlmişdilər. Sentyabrın 14, 15-də keçirilən sammitdə 3 təminatçı ölkənin təhlükəsizlik qüvvələrinin rejimlə müxaliflər arasında yaranacaq insidentlərin qarşısını almaq üçün regionda yerləşdirilməsinə qərar vermişdi. İŞİD, əl-Qaidə və əl-Nusra kimi terror təşkilatları isə bu razılaşmanın xaricində saxlanılıb.