Şimali Koreya lideri canlı yayımda and içib: “Onun burnundan gətirəcəyəm”

21

“Hələlik verəcəyimiz ən gözəl cavab Sakit okeanda keçirməyi düşündüyümüz hidrogen bombası sınağıdır”

“Bizim dəli kimi tanıdığımız ABŞ prezidenti Donald Tramp, Şimali Koreya əleyhinə işlətdiyi ifadələrə görə ağır hesab verəcək. Sakit okeanda misli görünməmiş hidrogen bombası sınağı keçirə bilərik”.

Sputnik Azərbaycan “The Guardian”-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In, dövlət televiziyası vasitəsilə canlı yayımda deyib. “Tramp BMT-dəki çıxışında ölkəmizi yox edəcəyini söyləyib. Bu sözləri onun burnundan gətirəcəyimizə söz verirəm” — o deyib.

“O, cavabını artıqlaması ilə alacaq. Trampa hələlik verəcəyimiz ən gözəl cavab Sakit okeanda keçirməyi düşündüyümüz hidrogen bombası sınağıdır” — Kim Çen In vurğulayıb.

Oxşar açıqlamanı KXDR-in xarici işlər naziri Ri Yonq Hu da verib. O, ABŞ-ın hədələrinə cavab olaraq Sakit okeanda hidrogen bombasını test edə biləcəklərini söyləyib.