Atəşkəs pozuldu, 10-dan artıq insan həlak oldu

33

2003-cü ildə iki ölkə arasında atəşkəs əldə olunsa da, ara-sıra bölgədən atəş səsləri duyulur

Hindistan əsgərləri Pakistanın nəzarəti altında olan Kəşmir və Cammu bölgəsini top atəşinə tutub. 6 nəfər ölüb, 26 nəfər yaralanıb. Sputnik Azərbaycan “Voice of America”ya istinadən xəbər verir ki, məlumatı Pakistanın Müdafiə nazirliyi yayıb.

Dünyasını dəyişənlərdən 4-ü qadındır. Bundan başqa 5 uşaq, 15 qadın xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Pakistan ordusunun cavab atəşi isə daha sərt olub. 10-a yaxın hind əsgərinin öldürüldüyü bildirilir.

Xatırladaq ki, Kəşmir bölgəsinə Hindistan da iddia edir. 2003-cü ildə iki ölkə arasında atəşkəs əldə olunsa da, ara-sıra bölgədən atəş səsləri duyulur.