Yaponiyada türklər bayraq uğrunda erməniləri döydü – VİDEO

71

Yaponiyanın paytaxtı Tokioda türklərlə ermənilər arasında insident baş verib. Vetenperver.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məlumatda bildirilir ki, hadisəyə erməninin Türkiyə bayrağını təhqir etmək cəhdi səbəb olub. Belə ki, Tokioda fəaliyyət göstərən və türklərə aid restoranın önündə asılmış Türkiyə bayrağını erməni əslli bir şəxs götürüb qaçmağa çalışıb.

Bayrağın yerində olmadığını görən türklər isə ermənini döyərək bayrağı geri alıblar və yenidən yerinə asıblar.

Baş verənlər təhlükəsizlik kamerasında əks olunub və həmin görüntülərlə klip hazırlanaraq “Tokioda bir Türk” akkauntu ilə “You Tube”da paylaşılıb.

Videonun şərh qismində isə bu bayrağı endirə biləcək insanın hələ dünyaya gəlmədiyi vurğulanıb:

“Yaponiya Tokioda səhər saat 05.40 radələrində 3 erməni Türk bayrağını endirməyə çalışdı. Bayrağın götürüldüyünü son anda gördük və bayrağı almaq üçün məcbur hücuma keçdik. Bayrağı geri aldıq. Bu bayrağı endirəcək insan hələ dünyaya gəlməyib. Bu da belə bilinsin! Bayraq sevdası!”