Bu ölkə də hərbi təlimlər keçirəcək – “Dragon 2017”

23

Polşanın paytaxtı Varşava yaxınlığında “Dragon 2017” geniş miqyaslı hərbi təlimləri keçiriləcək.

Trend-in məlumatına görə, təlimlər zamanı Polşa ərazisinə şərti müdaxiləyə qarşı əməliyyatlar həyata keçiriləcək.

Təlimlərdə 17 min hərbçi və 3500-dən artıq hərbi texnika iştirak edəcək.

Sentyabrın 25-29-da baş tutacaq təlimlərdə Polşa ilə yanaşı, digər NATO ölkələrinin də hərbçiləri iştirak edəcək.