Türkiyə kürd muxtariyyətinə qarşı radikal addım ata bilər

30

“Əgər referendum israr etsələr, nəticəsi onlar üçün yaxşı olmayacaq”

“Əgər Məsud Bərzani “Kürdüstan”ın müstəqilliyi ilə bağlı referendumda israr etsə, nəticəsi onlar üçün ağır olacaq”. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin referendum qərarı yanlışdır. Əgər israr etsələr, nəticəsi onlar üçün yaxşı olmayacaq. Çünki bu qərar İraq dövlətinin siyasi birliyi və ərazi bütövlüyünə təhdid deməkdir” — bəyanatda bildirilir.

Xarici İşlər Nazirliyinin açıqlamasında, kürd muxtariyyətinin referendum qərarını rədd edən İraq parlamentinə də dəstək ifadə olunub.